Siyasət

Daha yeddi nəfər ailə üzvlərinin itkin düşməsi ilə bağlı Dövlət Komissiyasına müraciət edib

Sharing is caring!


“Birinci Qarabağ müharibəsi ilə bağlı itkin düşmüş şəxslərin sayı artacaq”.

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İşçi Qrupun rəhbərinin sözlərinə görə, 30 il ərzində insanların ümidi yox idi ki, itkinləri haqqında məlumat əldə edə bilsinlər:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad olunandan sonra insanlarda ümid yarandı. İndiyə kimi itkinlər barəsində hər hansı məlumat verməyən şəxslər də bizə müraciət etdi. Hazırda ailə üzvlərinin itkin düşməsi ilə bağlı bizə 7 nəfər müraciət edib. Biz onları araşdırırıq. Yəqin ki, onları qeydiyyata götürəcəyik. Ona görə də Azərbaycanın itkin düşmüş şəxsləri ilə bağlı siyahı yenilənəcək və onların sayı artacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir