Siyasət

“Ermənilər insanları kütləvi şəkildə basdırdığından meyit qalıqlarını müasir cihazlarla aşkarlamaq olmur”

Sharing is caring!


“Ermənilər qətlə yetirilməsi ehtimal olunan və itkin düşmüş sayılan şəxsləri ümumbəşəri, dini və insanlıq qaydalarına uyğun olmadan, yəni qəbir qazılmadan və s. hallara riayət edilmədən quyu qazılmaqla kütləvi şəkildə basdırdığından meyit qalıqlarının müasir cihazlarla aşkarlanması effekt vermir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində müasir cihazlarla axtarış müsbət nəticə verməyib:

“Bunun əsas səbəbi insan meyit qalıqlarının qəbirlərdə deyil, torpağın qazılaraq birbaşa basdırılmasına görədir. Adətən, kütləvi məzarlıqlar əsirlikdən qayıtmış ayrı-ayrı şəxslərin ifadələri və əyani şəkildə göstərdikləri ərazilərdə tapılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir