Siyasət

Stepan Mesiç: “İtkin düşənlərlə bağlı Azərbaycanın göstərdiyi səyləri alqışlayırıq”

Sharing is caring!


“İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycanın göstərdiyi səyləri alqışlayırıq”.

“Report” xəbər verir ki, bunu Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Siyasətçi qeyd edib ki, bu prosesdə ən vacibi qarşılıqlı etimad və səhvlərin etirafıdır.

Onun sözlərinə görə, Serbiya və Xorvatiyanın bu məsələdə böyük təcrübəsi var.

“Bununla belə, bir çox itkin düşmüş insanların taleyi hələ də qeyri-müəyyən olaraq qalır”, – S.Mesiç sonda vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir