Siyasət

Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistanın istehkamlar tikdiyi barədə əlimizdə məlumatlar var”

Sharing is caring!


“Ermənistanın bölgədə atəşkəs rejimini pozmaqla yanaşı, səngərlər qazdığı və istehkamlar tikdiyi barədə əlimizdə məlumatlar var”.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

O, Ermənistanı təxribatları bir kənara qoymağa, sülh danışıqları və əməkdaşlığa diqqət etməyə çağırıb.

“Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”, – deyə hərbi qurumun nümayəndəsi bildirib.

Mənbə: Anka Haber Ajansı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir