Siyasət

Ömər Çelik: “Qarabağdakı qondarma seçkilər sabitliyə zərbə vuran addımdır”

Sharing is caring!


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyəti bu gün prezident və partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.

Toplantıdan sonra açıqlama verən partiya sözçüsü Ömər Çelik Qarabağdakı separatçı rejim tərəfindən keçirilən qondarma seçki ilə bağlı sualı cavablandırıb.

“Qarabağdakı qondarma seçkinin legitimliyi yoxdur və Türkiyə bu seçkini rədd edir. Gürcüstan və ABŞ də rədd edir, bu, vacibdir. Onlar özbaşına seçki keçirirlər. Azərbaycan Prezidenti İlham Əliyevlə həmrəyik. Ermənistan vətəndaşlarının təcavüzdən əl çəkməsi onların da marağında olacaq. Qondarma seçkinin keçirilməsi sabitlik prosesinə zərbə vuran bir addımdır. Türkiyə Qarabağ savaşında olduğu kimi qardaş Azərbaycanı dəstəkləyir. Digər tərəfdən, biz regional sülhü də dəstəkləyirik. Bəzi dövlətlərin Azərbaycanın haqlı münasibətinə qarşı gərginliyi artıran bəyanatlarının həqiqətə uyğun olmadığını düşünürük”, – deyə Çelik bəyan edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir