Siyasət

Ceyhun Bayramov BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi ilə əməkdaşlığı müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycanın BMT orqanları sistemində, o cümlədən Avropa İqtisadi Komissiyasında fəal mövqeyini yüksək qiymətləndiriblər.

Həmçinin, Azərbaycanın Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqrama (SPECA) 2023-cü ildə sədrliyi, üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir