Siyasət

Prezident: “Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir”

Sharing is caring!


“Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib:

“Təsadüfi deyil ki, son bir neçə il ərzində mənim təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilib. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilib və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir