Siyasət

Azərbaycan səfirliyindən onu izləməyə başlayan erməni diplomata: “Düşündürücü məlumatlar tapacaqsınız”

Sharing is caring!


Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi sosial şəbəkə hesabını izləməyə başlayan yeni təyin olunmuş Ermənistan səfiri Tiqran Balayana səhifədə “düşündürücü məlumatlar tapacağını” bildirib.

Bu barədə Azərbaycanın diplomatik missiyası “X” sosial şəbəkə platformasında qeyd edib.

“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, – səfirlik yazıb.

Qeyd edək ki, ötən gün baş nazir Nikol Paşinyanın təklifi və Prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə Tiqran Balayan Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri təyin edilib. Təyinatdan sonra o, Azərbaycan səfirliyinin “X” sosial şəbəkə platformasındakı səhifəsini izləməyə başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir