Siyasət

Ravvin: “Ermənilərin Holokostdan danışmağa haqqı yoxdur”

Sharing is caring!


“Ermənilər Holokostun nə olduğunu bilmirlər və onların bu barədə danışmağa haqqı yoxdur”.

“Report” xəbər verir ki, bu barədə Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantovun Ermənistan tərəfinin Azərbaycana qarşı ittihamlarına cavab olaraq etdiyi müraciətdə deyilir.

“Onlar (ermənilər – red.) yəhudi xalqının başına gələnlərlə nəyisə müqayisə belə etməməlidirlər. Onlar yaşadıqları cənnəti Holokost adlandırırlar”, – ravvin deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini qaytardıqdan sonra ermənilər orada Azərbaycan vətəndaşları kimi normal yaşaya bilərlər.

Eyni zamanda, ravvin qeyd edib ki, Qarabağ separatçıları Azərbaycan və Ermənistan xalqlarının 30 il ərzində əziyyət çəkdiyi müharibəni yenidən bərpa etməyə cəhd göstərmək məqsədilə Laçın yolundan istifadə etməklə qanunsuz şəkildə silah-sursat daşımağa davam ediblər:

“Elə müharibəni də Ermənistan tərəfi başlatmışdı”.

O vurğulayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın təklif etdiyi yardımdan qəsdən imtina edirlər.

“Bu separatçılar oradakı insanların ac qalmasını istəyirlər”, – Ş.Simantov bildirib.

Ravvin əlavə edib ki, onlar Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına da mane olurlar:

“Onların normal insanlar kimi yaşamasını istəmirlər. Bu, onların günahıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir