Siyasət

Ukraynalı deputat: “Türkiyə rəhbərinə “Taxıl sazişi”nin bərpası ilə bağlı səylərinə görə minnətdarıq” – FOTO

Sharing is caring!


Ukrayna Ali Radasının deputatları Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçidə “Taxıl sazişi”nin bərpası ilə bağlı görüşündən gözləntilərini açıqlayıblar.

“Report”un Şərqi Avropa bürosuna Ali Radanın deputatı Lyüdmila Burmistr bildirib ki, Rusiyanın “Taxıl sazişi” ilə bağlı addımlarını beynəlxalq səviyyədə şantaj kimi xarakterizə etmək olar:

“Fikrimcə, bu, nüvə silahından istifadə ilə bağlı şantajdan fərqlənmir. Türkiyəli tərəfdaşlarımıza Ukrayna taxılının ehtiyac duyulan ölkələrə çatması üçün “Taxıl sazişi”nin bərpası ilə bağlı səylərini davam etdirdiklərinə görə minnətdarıq. Xüsusilə Türkiyə rəhbərinə təşəkkür edirik. Ukrayna taxılına ilk növbədə qlobal cənubun ehtiyacı var. Bu danışıqların uğurlu olması bir sıra amillərdən asılıdır. Bu, ilk növbədə Vladimir Putinin ağlından nələrin keçməsi ilə bağlı olacaq. Bunu isə təxmin etmək mümkün deyil. Amma əminliklə deyə bilərəm ki, bu danışıqların mövzusu Ukraynanın ərazi güzəştləri etməsi olmayacaq. Ukrayna heç vaxt şantaja boyun əyməyəcək, çünki Rusiya yalnız bir dili başa düşür: güc dilini. Biz bunu göstərmişik və döyüş meydanında yenə də göstəririk”, – deyə əlavə edib.

Yaroslav Yurçişin

Digər deputat Yaroslav Yurçişin isə bildirib ki, Rusiyanın Türkiyə ilə danışıqlardan sonra belə “Taxıl sazişi”nə qayıtmaqdan imtina etməsi Moskvanın hədəfinin bütün dünyada vəziyyətin gərginləşməsi olduğunu göstərir:

“Hazırda Afrikanın, Asiyanın bir sıra ölkələrində aclıq müşahidə olunur. Türkiyənin roluna ümid böyükdür. Amma Rusiya aclıqdan faktiki olaraq, strateji silah kimi istifadə edir. Bir sözlə, bu danışıqlardan gözləntilər yox idi. Aydındır ki, terrorçularla danışıqlar aparmaq real deyil. Rusiya terrorizmə dəstək verən ölkədir. Ümid edirəm ki, bundan sonra beynəlxalq ictimaiyyət Putinlə yalnız beynəlxalq tribunalda danışıqlar aparılmasının mümkün olacağını anlayacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir