Siyasət

“Nasistlərin yəhudilərlə bağlı siyasəti ilə Qarabağdakı vəziyyət arasında analoqlar qəbuledilməzdir”

Sharing is caring!


Nasistlərin yəhudi məsələsinin yekun həlli siyasəti ilə Azərbaycanın Qarabağdakı ermənilərə münasibəti arasında analogiyaların aparılması nəinki yolverilməzdir, həm də tamamilə əsassızdır.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın ”Jüdisches Europa” ümumavropa yəhudi nəşrinin məqaləsində deyilir.

Nəşr qeyd edir ki, Qarabağın erməni əhalisi arasında aclıqdan ölmək iddiası olmadığı kimi, Azərbaycana qarşı ermənilərin “soyqırımı” ittihamları ilə bağlı heç bir sübut yoxdur.

“İrandan asılı olan Ermənistan liderləri BMT-də “aclıq soyqırımı” elan edir, sosial şəbəkələr isə Xankəndidə dəbdəbəli toyların fotoları ilə dolub-daşır”, – deyə məqalədə qeyd olunub.

Vurğulanır ki, bu səs-küylü təbliğat kampaniyasına baxmayaraq, qlobal elektron medianın mövcud olduğu çağda “aclıqdan ölən əhali” iddiaları üçün heç bir gözə çarpan sübut yoxdur.

Öz növbəsində, Odessa yəhudi dini icmasının rəhbəri Şlomo Bakşt Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan hakimiyyətinin ermənilərə qarşı getto yaratması ilə bağlı ittihamlarını Holokost qurbanlarının xatirəsinə təhqir kimi qiymətləndirir.

Digər İsrail KİV-in məlumatına görə, may ayından etibarən İsraildəki ermənipərəst fəallar ABŞ-dəki erməni təşkilatlarından aldığı vəsaitlərdən istifadə edərək, İsrail və yəhudi-amerikan KİV-ində Azərbaycana dəstəkdən əl çəkməyə çağıran materiallar yaymağa başlayıblar. Əsas arqument odur ki, Holokostdan sağ çıxan yəhudilər indi guya Qarabağda erməni soyqırımında şərik olurlar. Beləliklə, İsrail rəhbərliyini Azərbaycanla hərbi-strateji tərəfdaşlıqdan imtinaya məcbur etmək üçün ona təzyiq yetirməyə cəhd olunur.

“Amma bu kampaniyanın təşkilatçılarının İsrail rəhbərliyinə real təsir rıçaqları yoxdur. Buna görə də, dünyanın müxtəlif ölkələrindən ravvinlərin cavab kampaniyası İsraildə daha böyük rezonans doğurur. Belə ki, həmin ravvinlər İsrail, ABŞ və Fransa KİV-ində çıxış edərək, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı qarayaxma kampaniyası və Holokostu təbliğat vasitəsi kimi istifadə etməsini qınayıb”, – deyə müəllif bildirib.

Latın Amerikası yəhudi diasporunun əsas resurslarından biri olan Argentinanın “Visavisс” internet nəşrində isə Qarabağda ermənilərin “soyqırımı” ilə bağlı rəsmi Bakıya qarşı ittihamların əsl böhtan kampaniyası olduğu barədə məqalə dərc olunub.

“Mən ravvin yoldaşlarıma qatılıram və onların fikirlərini bölüşürəm…” – deyə Almaniya və Saksoniya Silahlı Qüvvələrinin ravvini Jolt Balla yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir