Siyasət

Qərbi Azərbayan İcması: “Almaniyanın başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur”

Sharing is caring!


“Qərbi Azərbaycan İcması Almaniyanın xarici işlər nazirinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, alman nazir ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

“Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki, buna görə Almaniya bütün gün beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq, Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməyib, bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmayıb.

Alman naziri ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq”, – deyə bəyanatda vurğulanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir