Siyasət

“Sərhəddə baş verənlər hər yerdən əli üzülən Ermənistanın çarəsiz təxribat cəhdləridir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Ermənistan cəmiyyətinin beynində hələ də “Böyük Ermənistan” qurmaq əhvali-ruhiyyəsi var. Onların bu xisləti keçməyib”.

Bu fikirləri Oxu.Az-a Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatlar haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, Ermənistan nə qədər cəhd etsə də, indi əvvəlki gücdə deyil və resursları yoxdur:

“Onları Fransadan başqa dəstəkləyən də yoxdur. Amma ermənilər hələ də şirin yuxudan ayıla bilmirlər. Hesab edirlər ki, bir möcüzə baş verəcək və onlar Azərbaycana, Türkiyəyə qarşı böyük təxribat, təzyiq göstərəcəklər. Həmçinin düşünürlər ki, vaxtaşırı etdikləri kimi, Azərbaycana hədə-qorxu gəlmək, ölkəmizi suveren hüquqlarından imtinaya məcbur edə biləcəklər. Bununla belə, ortada bir həqiqət var: Ermənistan etdiklərinin bir neçə qat ağır cəzasını alır. Sərhəddə baş verənlər hər yerdən əli üzülən Ermənistanın çarəsiz təxribat cəhdləridir. Gec-tez ermənilər Azərbaycanla normal qonşuluq münasibətləri qurmaqdan başqa çıxış yolunun olmadığı qənaətinə gələcəklər.

Laçın yolu ilə bağlı Ermənistan siyasi şou yaratdı. Amma BMT Təhlükəsizlik Şurası müzakirələrdə ermənilərin haqlı olmadığını aydınlaşdırdı. Sonra Qafan aeroportunu işə salmaq istədilər. Azərbaycan ciddi xəbərdarlıq etdikdə bu niyyətlərindən də əl çəkməli oldular. İndi isə vaxtaşırı təxribat törədirlər. Amma bu təxribatların da cavabı verilir və veriləcək. Ermənistan hesab etməsin ki, Azərbaycan ona qarşı olan təzyiqləri cavabsız qoyacaq”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir