Siyasət

Azərbaycan könüllüləri üçün “Könüllü gənclər” yay düşərgəsi baş tutub – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Şəki şəhərində baş tutan “Könüllü gənclər” düşərgəsi yekunlaşıb.

“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən düşərgədə, müxtəlif könüllü təşkilatlarını əhatə edən ümumilikdə 100 nəfərə yaxın Azərbaycan könüllüsü iştirak edib. 25-30 avqust tarixlərini əhatə edən düşərgənin məqsədi, könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsimizin və zəngin tariximizin aşılanması, eyni zamanda, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir.

Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllülərimiz tərəfindən ulu öndərin abidəsi ziyarət edilib.

Sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev könüllülərin suallarını cavablandıraraq müzakirələr aparıblar.

Beş gün davam edən düşərgə müddətində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel görüşlər, komanda oyunları, intellektual oyunlar və vörkşoplar baş tutub.

Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Mənim könüllü gündəliyim”, “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “İstedadSƏN!” yarışı keçirilib.

Unudulmaz anlarla yadda qalan düşərgə “White party” və əyləncə ilə yekunlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir