Dünya

Putin həbsinə order veriləndən sonra ilk dəfə xarici ölkəyə səfər edə bilər

Sharing is caring!


“Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətlərə görə həbs olunmasına order verməsindən sonra Rusiya Prezidenti Vladimir Putin Rusiyanı tərk etməyib. Lakin oktyabrda ola bilər ki, o, Si Cinpinlə görüşmək üçün bu səfəri gerçəkləşdirsin”.

Bu barədə məlumatlı mənbələr bildirib.

Qeyd olunub ki, Putin yalnız o ölkələrə səfər etməyə hazırdır ki, həmin ölkələrdə onun təhlükəsizliyi tam təmin edilsin. Çin də bu yerlərdən biri kimi nəzərdən keçirilir.

Ukraynaya hərbi müdaxilədən sonra Putin yalnız qonşu ölkələrə (Tacikistan, Türkmənistan) və İrana səfər edib. O, xarici ölkələrdəki tədbirlərə getməyib, hətta elan edilən səfərlərdən belə yayınıb. Keçən həftə Rusiya prezidenti Cənubi Afrikada keçirilən BRİCS sammitinə də qatılmayıb, çünki gələcəyi təqdirdə Cənubi Afrika hökuməti onun həbsi ilə bağlı əmri yerinə yetirməli olduğunu açıqlayıb. O, gələn ay keçiriləcək G20 sammitində iştirak etməyəcəyini bildirib, baxmayaraq ki, Nyu-Delhi Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə onu həbs etməyə məcbur deyil.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun sonunda Rusiya prezidentinin ölkəyə səfərini gözlədiyini desə də, nəhayət, özü Rusiyaya gedəcək.

Lakin mənbələrin xəbərinə görə, indi Kreml Putinin xarici səfərinə hazırlıq görür. Onun oktyabrda “Bir kəmər, bir yol” forumu üçün Çinə gedəcəyi gözlənilir. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin may ayında bununla bağlı verdiyi məlumata görə, Putini Çin lideri Si Cinpin oraya dəvət edib.

Mənbə: “Bloomberg”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir