Siyasət

Ukraynalı uşaqların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub – FOTO

Sharing is caring!


Ukraynadakı vəziyyətlə əlaqədar zərər çəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

APA xəbər verir ki, ziyarət zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev də ukraynalı uşaqlarla birgə olub.

Uşaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-fotoarxiv, sənədlər, müxtəlif eksponatlarla tanış olublar. Onlara mərkəzdə, həmçinin, Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi də nümayiş etdirilib.

Qeyd edək ki, bundan əvvəl ukraynalı uşaqların İsmayıllı, Qəbələ, Şəki və Şamaxıya ekskursiyaları təşkil olunub. Uşaqlar 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixososial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir