Siyasət

QHT sədri: “Naxçıvanın blokadadan çıxması üçün Zəngəzur dəhlizi dərhal açılmalıdır”

Sharing is caring!


“Bu gün Qarabağda yaşayan ermənilərin “blokada”da olduqlarına dair yalan, yanlış və tamamilə uydurma olan çağırışlarını eşidən beynəlxalq təşkilatlar nə üçün 30 ildən çoxdur dünyanın gözü qarşısında həqiqətən blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının vəziyyətinə reaksiya vermirlər?!”

Bunu APA-ya açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov deyib.

O bildirib ki, ölkəmizə qarşı bu cür ikili standartlara son qoyulmalıdır.

“1988-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikası ağır iqtisadi blokada şəraitində yaşayır. Bu, ermənilərin apardığı işğalçılıq siyasətinin nəticəsidir. İşığın, yanacağın olmadığı dövrlər elə də uzaq tarix deyil. Hamımız o günləri yaxşı xatırlayırıq. Bütün bunlar blokada şəraitinin doğurduğu çətinliklər idi. Düzdür, ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində bu gün Naxçıvan sürətlə inkişaf edir, güclənir, amma yenə də Azərbaycanın digər əraziləri ilə sadəcə hava yolu əlaqəsinin olması müəyyən çətinliklər yaradır. Hesab edirik ki, Naxçıvanın blokadadan çıxması üçün Zəngəzur dəhlizi dərhal açılmalıdır.

Bu gün beynəlxalq təşkilatların nümayəndələri Naxçıvana gəlib mövcud vəziyyəti yerində dəyərləndirə bilərlər. Azərbaycan hökuməti də bununla bağlı dəfələrlə müraciət edib. Lakin nədənsə beynəlxalq təşkilatlar bizim haqq səsimizi eşitmək istəmir, ermənilərin yalan təbliğatlarına uyurlar. Bu gün Laçın yolu vasitəsilə ermənilərin yaşadıqları ərazilərimizə onların iddialarının əksinə yüklərin göndərilməsində heç bir maneə yoxdur. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Əgər onlar qanunlarımız tabe olub yaşasalar, Azərbaycanın bütün iqtisadi imkanlarından istifadə edə biləcəklər”, – o qeyd edib.

Xatırladaq ki, Naxçıvanda fəaliyyət göstərən QHT-lər beynəlxalq ictimaiyyətə müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir