Siyasət

Makronla eyni düşünən senatorlar – neonasist təfəkkürün daşıyıcıları – ŞƏRH + FOTO

Sharing is caring!


Fransa beynəlxalq aləmdə nüfuz və mövqelərini sürətlə itirməkdədir. Kolonial siyasət, ölkələrin daxili işlərinə qarışmaq, separatçı hərəkatlara dəstək verməsi onu Afrikadan tutmuş Asiyaya, o cümlədən postsovet məkanında, xüsusən də Cənubi Qafqazda mövqelərinə “əlvida” deməsinə gətirib çıxarır. Nəticədə, keçmiş müstəmləkələrində gərginlik, antifransız əhval-ruhiyyə pik həddə çatıb. Qorxu və narahatlıq o həddə çatıb ki, 94 senator bu təhlükə ilə bağlı prezident Emmanuel Makrona açıq məktubla müraciət ediblər.

Müəlliflərin narahatlıq doğuran məktubunda vurğulanır ki, Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində üzləşdiyi uğursuzluqlar qitədə nəinki anti-fransız əhval-ruhiyyəsinin güclənməsinə, həm də Rusiya, Çin və ABŞ-nin təsirinin artmasına səbəb olub. “Le Figaro” qəzetində dərc olunan məktubda senatorlar “Bu gün Niger, dünən Mali, CAR və Burkino Faso Fransanı, fransız əsgərlərini və şirkətlərini rədd etdi. Barxan əməliyyatının uğursuzluğundan sonra yarımhərbi “Vaqner” bizim yerimizi tutur” bildiriblər.

Məktubun mətni barədə geniş yazılıb və bu səbəbdən də onu geniş şərh etmək istəməzdik. Bu barədə dəfələrlə yazılıb və Fransanın uğursuz siyasətinin bədəlini nə vaxtsa ödəcəyi vurğulanıb.

Sadəcə fransız deputatların Makrondan fərqli düşüncə sahibi olmadıqlarını dilə gətirmək istərdik. Deputatlar az qala ağlaya-ağlaya Fransanın keçmiş müstəmləkələrində mövqelərini itirdiyini vurğulayır, mövcud siyasəti dəyişməyin zəruriliyini dilə gətirirlər. Özünü “demokratiyanın beşiyi” kimi dünyaya sırımağa çalışan, insan hüquq və azadlıqlarının qorunmasını əsas şüara çevirməyə hər vəchlə can atan Fransa və onun deputatları əslində bu müraciətlə bütün bu prinsiplərdən nə qədər uzaq olduqlarını bir daha nümayiş etdirmiş olublar. Demokratiya anlayışına “fransız qalan” deputatlar yüz illər insanlara qarşı törədilən vəhşilikləri pisləmək əvəzinə, hakimiyyəti burada mövqelərini möhkəmləndirməyə çağırış ediblər. Bu da onu deməyə əsas verir ki, 200 il bundan əvvəlki ilə indiki fransız deputat arasında heç bir fərq yoxdur. Məktubda milyonlarla insanı müstəmləkələrdə öldürdüklərinə görə üzr istənilməsindən bəhs edilmir. Deputatlar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yollarını, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması əvəzinə, əksinə hakimiyyətə fərqli məsləhət verirlər.

Neonasist təfəkkürə malik bu şəxslər Fransanın uzun illər cəzasız qalan mənfur kolonial siyasətini gündəmə gətirmək istəmirlər. Deputatlar buna cürət etməsələr də, onların yaddaşını təzələmək istərdik. Bu yaxınlarda ilk dəfə məhz Bakıda keçirilən Qoşulmama Hərəkatının toplantısında Fransanın kolonial siyasəti sərt tənqid olunub, müvafiq addımlar atılıb. Beləliklə də, Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır. Bakıda qəbul edilən bəyanat sözsüz ki, Fransa kolonializmindən, hüquqsuzluqdan əziyyət çəkən ölkələr üçün mühüm töhfə olub. Deputatlar da bunu bilməmiş deyillər.

Sözsüz ki, Fransa və onun ətrafında baş verənlər Makron hakimiyyətinin yarıtmaz xarici və daxili siyasətinin, müstəmləkəçi düşüncəsinin təzahürüdür. Yüzilliklər boyu müstəmləkəçilik, ifrat və bölücü siyasət yürüdən Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir. Zorakılıq zorakılığı doğurdu və məlum hadisələrə də təkan verdi. Necə deyərlər, “külək əkənlər tarix boyu olduğu kimi, bu gün də fırtına biçirlər”.

Nigerdə baş verənlər də Fransaya növbəti zərbə oldu. Çünki Paris Nigeri Afrikada ən yaxın tərəfdaşı sayırdı. Ancaq bu ölkədə də hərbçilər prezidenti devirdikdən sonra Fransa əleyhinə fikirlər söyləməyə başlayıblar. Makronun Cənubi Qafqaz siyasəti bərbad olduğu kimi Afrika siyasəti də uğursuzdur.

Ən acınacaqlısı odur ki, deputatlar da Fransa müstəmləkəçilik siyasətinin əsirinə düşürlər. Hakimiyyəti hər vəchlə onu davam etdirməyə çalışır və törətdiklərinə görə üzr də istəmək fikrində deyillər. Məsələn, Paris Şimali Afrika ölkələrində əsrlərlə müsəlmanlara qarşı cinayətlər, qırğınlar törədib. Bu ölkə təkcə Əlcəzairdə 130 il yüz minlərlə müsəlmanın qanını töküb, adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Ən acınacaqlısı olan odur ki, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Fransanın cinayətləri Əlcəzairlə kifayətlənməyib, Burkina-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törədib. Özünü “demokratiyanın beşiyi” adlandıran Fransa çox iyrənc müstəmləkə keçmişi ilə seçilib.

94 deputat da gözəl bilirlər ki, tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Özü də ən acınacaqlısı odur ki, kolonial siyasətindən bu gün də əl çəkə bilmir. Kolonial siyasətin iflasa uğraması onlara sərvətlərdən məhrum olmaya gətirib çıxara bilər ki, buna da getmək istəmirlər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir