Siyasət

Polkovnik Coşkun Başbuğ: “FETÖ Türkiyə və Azərbaycanda hələ də mövcuddur”

Sharing is caring!


“FETÖ Türkiyə və Azərbaycanda hələ də mövcuddur”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, polkovnik Coşkun Başbuğ deyib.

Onun sözlərinə görə, FETÖ Türkiyədə qurulsa da, qruplaşmanı sadəcə bu ölkəyə aid etmək yanlışdır:

“ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üzərindən qurduğu və ingilis kəşfiyyat təşkilatı kimi şəbəkələndirdiyi bu qurum digər terror təşkilatlarından çox fərqlidir. Özünü gizlədib, müxtəlif şəkillərə girib təhlükəli fəaliyyətlərlə məşğul olmağı bacarır. Başlıca məqsəd ABŞ-nin daha öncə girə bilmədiyi bütün türk və müsəlman coğrafiyasına müdaxilə etmək idi ki, ilk olaraq Türkiyədən başladı və məktəblər, ticarət qurumları vasitəsilə buna nail oldu. İngilis dili müəllimləri adı altında CİA agentlərini yerlərdə yerləşdirdi, orada türklüyü və müsəlmanlığı təbliğ etmək adı ilə Qərb təbliğatı apardılar və beyinləri buna proqramlaşdırdılar”.

Coşkun Başbuğun fikrincə, Türkiyə bu düşünülmüş, hiyləgər layihəni pozub, məhv etməyinə baxmayaraq, hələ də təhlükə yaşanmaqdadır:

“Onların oyununu Türkiyə pozdu və hazırda çökmüş vəziyyətdədirlər. Ancaq təhlükə və təzyiq bitməyib”.

Türkiyə Prezidentinin getdiyi bütün ölkələrdə FETÖ ilə bağlı mübarizə təkliflərini bildirdiyini vurğulayan hərbi ekspert bəzi ölkələrin bu mübarizə tədbirlərində fəal olduğunu, bəzilərinin isə təhlükənin ciddiyyətini qəbul etməyib, daha çox zərərə məruz qaldığını deyib:

“Azərbaycan bu məsələdə çox qətiyyətli, qərarlı addımlar atıb. Amma, məsələn, Qırğızıstanın görəcəyi çox iş var. Qırğızıstan əvvəldən təkzib etdi, belə bir faktın ölkəsində genişlənməsini qəbul etmək istəmədi. Nəticədə hələ də bunun çətinliklərini yaşayır”.

Onun sözlərinə görə, Kosovoda bu il Milli Kəşfiyyat Təşkilatı 6 nəfər FETÖ mənsubunu saxlayaraq Türkiyəyə gətirib:

“Bundan sonra ölkədə qarışıqlıq yarandı. Prosesdən xəbərsiz olduqları üçün daxili işlər naziri və kəşfiyyat idarəsinin rəisi vəzifələrindən uzaqlaşdırıldılar. Yəni hələ də bu ölkədə FETÖ çox təsirlidir. Türkiyə və Azərbaycanda hələ də mövcuddurlar. Azərbaycandakı yeni həbslər də buna misaldır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir