Siyasət

Azərbaycanda kənd təsərrüfatına aid yeni dövlət standartı qəbul edilib – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 939:2023 – “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Termin və təriflər” dövlət standartını qəbul edib.

Bu barədə AZSTAND-dan bildirilib.

Məlumata görə, bu standart “ГОСТ 27775:2014” dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir.

Yeni dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsinin standartlaşdırılması üzrə” Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və institut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir