Siyasət

Prezident İlham Əliyev Laçın yolundakı vəziyyətdən danışdı

Sharing is caring!


“Hərəkət azadlığı bloklanmayıb. Aprelin 23-dən – sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın iki mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəliblər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Laçın yolundakı vəziyyətə dair sualı cavablandırarkən deyib.

“İyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, “iPhone”lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının üzərində, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi”, – deyə Azərbaycan lideri qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir