Siyasət

Azərbaycanın sığorta sektorunda müstəqil ekspert fəaliyyəti üçün sahələr müəyyənləşəcək

Sharing is caring!


Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində Azərbaycan Mərkəzi Bankının (AMB) təklifi əsasında müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələri müəyyən edib, eləcə də müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələbləri, imtahanın keçirilmə qaydasını, müstəqil ekspert sertifikatının formasını və verilməsi qaydasını təsdiq edib dövlət başçısına məlumat verməlidir.

AMB isə aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib prezidentə məlumat verməlidir:

– Sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və böhran risklərin təkrarsığortalanmasına dair minimum tələblər;

– Azərbaycan ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə risklərin sığortaçılar tərəfindən xarici sığortaçılarda təkrarsığortalanmasına dair hədlər və tələblər;

– Sığortaçılar üçün korporativ idarəetmə standartları;

– Sığortaçıda Direktorlar Şurasının və İdarə Heyətinin sədri və üzvləri ilə müsahibə keçirilməsi qaydası;

– Məlumat forması;

– Sığorta ehtiyatlarının formalaşdırılması qaydaları və böhran risklərin meyarları;

– Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi qaydası;

– Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələblər;

– Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları;

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir