Siyasət

Azərbaycan 200 gənci “KAAN” layihəsində iştirak etmək üçün Türkiyəyə göndərəcək

Sharing is caring!


“Azərbaycan yaxın zamanda 200 gənci milli döyüş təyyarəsi “KAAN” layihəsində iştirak etmək üçün Türkiyəyə göndərəcək”.

Bu barədə APA-nın sualına cavab olaraq Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev bildirib.

O, “KAAN” layihəsinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Nazir azərbaycanlı jurnalistlərə açıqlamasında əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ordunun gücləndirilməsi və müasir silah-sursatla təmin edilməsinə böyük önəm verir.

“Dövlət başçısı tapşırıq vermişdi ki, biz Türkiyə tərəfi ilə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edək. Artıq bir neçə türk şirkəti ilə sənədlər imzalanıb”, – o deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir