Siyasət

Məhkəmə sədri və hakim təqaüdə yola salındılar – FOTO

Sharing is caring!


Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov və Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın təqaüdə yola salınması münasibətilə görüş keçirilib.

Oxu.Az xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakimlik üzrə son yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların bundan sonra da hüquq qaydasının inkişafına dəstək göstərəcəklərinə ümidvar olduğunu qeyd edib.

Könül Məmmədov və Şövkət Nəcəfova öz növbəsində onlara və bütövlükdə hakim korpusuna göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası adından fəxri fərmanla təltif ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir