Siyasət

“Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır” – ŞƏRH + FOTO

Sharing is caring!


“Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib. Ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada, təbii ki, Çin də var”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Azərbaycan-Çin əməkdaşlığının önəmini xüsusi vurğulayan deputat qeyd edib ki, yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur:

“Bu səbəbdən Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir.

Ümummilli lider Heydər Əliyev hələ SSRİ dövründə Çinin əhəmiyyətini və gələcək perspektivlərini dərk edərək, bu ölkə ilə münasibətlərin inkişafına çalışırdı. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, ulu öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, Çinin dinamikası və inkişafından yaxşı xəbərdar idi”.

Deputat əlavə edib ki, Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb:

“Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Bu xarici siyasət xətti Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildi. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir