Siyasət

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçiblər – VİDEO

Sharing is caring!


Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

Çəkilən görüntülərdən də aydın müşahidə olunur ki, Xankəndi-Gorus istiqamətində hərəkət edən erməniəsilli şəxslərin SBM-dən keçidi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət edirlər.

Təqdim olunan yeni kadrlarda mülki şəxslərin sənədlərinin və onların baqajlarının yoxlanılması prosesi əks olunub.

Videoda onların yoxlanışdan sonra sərhəd-buraxılış məntəqəsindən sərbəst şəkildə keçdikləri görünür.

Bu görüntülər Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməsində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.

Keçidin kadrlarını “Caliber” “Telegram” kanalı yayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir