Siyasət

ADA Universitetində “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfrans keçirilir

Sharing is caring!


ADA Universitetində “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak edirlər.

Rəsmi çıxışlardan sonra konfrans panel müzakirələri ilə davam edəcək.

Tədbirin davamında ümummilli lider Heydər Əliyev barədə sənədli film nümayiş olunacaq və sonda Heydər Əliyev Mərkəzində ulu öndərin xatirəsinə həsr olunan konsert proqramı keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir