Siyasət

Xəlil Sisse: “QH-yə sədrliyi çərçivəsində təşəbbüslərinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”

Sharing is caring!


“Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərə görə Azərbaycan xalqına və xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Bunu “Report”a Malinin inkişafı üçün yeni təşəbbüs olan NIDEM Mərkəzinin prezidenti Xəlil Sisse deyib.

“Qoşulmama Hərəkatı kimi platformalar vasitəsilə Afrika ölkələri inkişaf edə, səslərini eşitdirə bilərlər. Çoxtərəflilik dedikdə ölkələr arasında əməkdaşlığı nəzərdə tuturuq. QH Afrika ölkələrinin problemlərinin həll oluna bildiyi çox mühüm platformadır”.

X.Sisse Afrikada qloballaşmanın nə olduğunu anlayanların sayının az olduğunu bildirib. Ekspert əlavə edib ki, qloballaşma kimi nəhəng prosesdə Afrika ölkələrinin rolu yalnız xammal tədarükündən ibarətdir.

“Afrika ölkələrində anlayırlar ki, onların inkişafına mane olan məhz qloballaşmadır. İnkişaf etmək üçün bizə hörmət edən, açıq və bərabərhüquqlu əməkdaşlığa hazır olan bərabərhüquqlu tərəfdaşlara ehtiyacımız var”, – deyə o bildirib.

Mərkəz rəhbərinin sözlərinə görə, bu baxımdan, iştirakçı ölkələr arasında bərabərliyi və qardaşlığı təmin etdiyi üçün QH prinsipləri vacib əhəmiyyətə malikdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir