Siyasət

Hanaf Ali Əl Gebali: “Azərbaycan Misirə dost ölkədir və bu dostluğun böyük tarixi var”

Sharing is caring!


“Azərbaycanda özümüzü ölkəmizdəki kimi hiss edirik. Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Misir parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.

Misirdə ulu öndərin xatirəsinin daim böyük ehtiramla anıldığını vurğulayan qonaq deyib ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.

Hanaf Ali Əl Gebali Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinə görə təbriklərini çatdırıb, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolunun və nüfuzunun daha da artdığını vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir