Siyasət

Ali Məhkəmə və ETSN Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçiriblər – FOTO

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 13 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası keçirib.

Ali Məhkəmənin hakimləri və Aparat əməkdaşlarının qatıldıqları aksiyada Ali Məhkəmənin sədri İnam Kərimov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.

Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir