Siyasət

Brüsseldə keçiriləcək üçtərəfli görüşün təfərrüatı məlum olub

Sharing is caring!


Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

Ermənistan KİV-də görüşün təfərrüatı barədə məlumatlar yayımlanıb.

Bildirilir ki, Avropa Şurasının rəhbəri mayın 13-ü saat 21 radələrində Ermənistanın baş naziri ilə görüşəcək.

Mayın 14-ü saat 11 radələrində Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılır.

Üçtərəfli görüş isə mayın 14-də günortadan sonra, saat 15 radələrində başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir