Siyasət

Rusiya və Azərbaycan Təhlükəsizlik Şuraları informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə ediblər

Sharing is caring!


Bakıda beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə Rusiya-Azərbaycan idarələrarası məsləhətləşmələr keçirilib.

Bu barədə cümə günü Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş iştirakçıları “Rusiya və Azərbaycanın BMT Nizamnaməsinin prinsipləri əsasında informasiya sferasında təhlükələrin qarşısının alınmasına yanaşmalarının yaxınlığını təsdiqləyiblər”.

Həmçinin müvafiq ikitərəfli sazişin həyata keçirilməsi ilə bağlı bütün məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Məsləhətləşmələrdən sonra 2023-2025-ci illər üçün beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin həyata keçirilməsi planının layihəsi razılaşdırılıb”, – Rusiya Təhlükəsizlik Şurasından qeyd olunub.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov rəhbərlik edib. Azərbaycanı isə danışıqlarda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib və o, Moskva ilə Bakı arasında “təhlükəsizlik sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini” vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir