Siyasət

Kolumbiyanın “Al Press” xəbər agentliyi Ermənistanın hərbi cinayətləri barədə yazır

Sharing is caring!


Kolumbiyanın “Al Press” xəbər agentliyi Ermənistanın hərbi cinayətləri barədə yazır.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

“Alçaqlığın cəzasız qalması” başlıqlı məqalədə sosial şəbəkələrdə silahsız Azərbaycan əsgərinin işgəncəyə məruz qoyulmasını göstərən video və fotogörüntülərin yayılmasının hiddət doğurduğu bildirilir.

Qeyd olunur ki, insanlıqdan çıxmış erməni quldurlarının əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq əsir düşmüş azərbaycanlı hərbi qulluqçulara qarşı törətdikləri humanitar hüquqazidd belə vəhşi əməllər qəbuledilməzdir və dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənilməlidir.

Məqalədə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın müddəalarını kobud şəkildə pozan erməni canilərinin cəzasız qalmalarının onları daha da cəsarətləndirdiyi və azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkiliyin ən yüksək həddə çatdığı təəssüflə bildirilir. Həmçinin, erməni vəhşiliyinin cəzasız qalması nəticəsində bu gün də hərbçilərin və dinc insanların mina terrorunun qurbanına çevrildiyinə diqqət çəkilir.

Xüsusi vurğulanır ki, beynəlxalq ictimaiyyət sülhə can atan Azərbaycana qarşı ermənilər tərəfindən törədilmiş hüquqazidd əməllərin cəzasız qalmasına son qoyulmasını tələb etməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir