Siyasət

Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb – VİDEO

Sharing is caring!


Azərbaycanın rus icması Zabrat qəbiristanlığında törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Bu barədə icmanın bəyanatında deyilir.

Bildirilir ki, baş verənlər tolerant və multikultural Azərbaycan cəmiyyətində hiddət doğurub.

“Azərbaycanın rus icması törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir və hadisəyə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir. Hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı və Zabrat-1 qəsəbələri arasında yerləşən rus qəbiristanlığına baxış keçirilib. Bütün məzar daşlarının yenidən bərpa olunacağı vurğulanıb”, – deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, bu gün baş prokurorun birinci müavini Elçin Məmmədov Rusiya İcmasının sədri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb və qəbiristanlıqda baş verən vandalizm aktları ilə bağlı bütün hadisələrin araşdırılması üçün istintaq qrupunun yaradılması barədə məlumat verib. Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir