Siyasət

Rövzət Qasımov: “39 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim edib”

Sharing is caring!


“39 siyasi partiya maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Qurum rəsmisi qeyd edib ki, bu partiyalardan 38-i müəyyən olunmuş vaxt məhdudiyyəti çərçivəsində hesabatını təqdim edib:

“20 siyasi partiya vaxt məhdudiyyətini keçib, ancaq onlar da hesabatlarını təqdim edəcəklərini bildiriblər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir