Siyasət

XİN rəhbəri: “İsrail Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini dəstəklədi”

Sharing is caring!


“Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində İsrail Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verib. Buna görə İsrailə təşəkkür edirik”.

APA-nın İsrailə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

Nazir qeyd edib ki, İsrail həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini dəstəkləyib.

“Vətən müharibəsi dövründə də Azərbaycanın mövqeyini dəstəklədiyi üçün İsrailə minnətdarıq. Müharibədə Azərbaycanın müdafiəsi üçün qəhrəmanlıq göstərərək həlak olanlar arasında yəhudiəsilli azərbaycanlılar da vardı”, – nazir vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir