Siyasət

Sahar Aziz: “Fransada antiislam qanunlarını himayə edən qüvvələr var”

Sharing is caring!


“Fransada müsəlmanlara qarşı qanunların qəbuluna və onların əleyhinə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsinə sponsorluq edən qüvvələr var”.

“Report” xəbər verir ki, bunu Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda Rutgers Universitetinin Hüquq məktəbinin hüquq və sosial ədalət üzrə tədqiqatçısı Saha Aziz deyib.

Fransada qəbul edilmiş və ictimai yerlərdə hicab taxmağı qadağan edən qanuna münasibət bildirən S.Aziz deyib:

“Qadınların verdiyi qərarlara nəzarət etmək və onların əvəzinə qərar qəbul etmək təhqiramizdir”.

Azizin sözlərinə görə, Fransada islamofobiya artır və bu, ilk növbədə ölkənin keçmiş müstəmləkələri – Əlcəzair və digər ölkələrlə münasibətlərin mürəkkəb olması ilə bağlıdır.

“Bu, bir günün problemi deyil, onun dərin tarixi kökləri var. Müsəlmanlar müxtəlif formalarda ayrı-seçkiliyə məruz qalırlar: bəziləri iş tapa, bəziləri təhsil ala bilmir”, – o bildirib və bir çoxlarının müsəlmanlara qarşı qərəzli olduğunu sözlərinə əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir