Siyasət

Özünə rəva bilmədiyini başqasından tələb edən Fransa – ŞƏRH

Sharing is caring!

Dünyaya azadlıq, demokratiya dərsi verən, lakin özünün qaranlıq və damğalı keçmişi ilə üzləşməyə cəsarət etməyən Fransa Qərbin özü üçün də problemə çevrilib.

Qərbin nəhəng ikilisi – Böyük Britaniya və ABŞ – Fransanın dərdlərinə şərik olmaq istəmir, əksinə, onu daha böyük strateji bəlalara düçar etməyi hədəfləyir. Dünya üzrə bunun nəticələri getdikcə daha çox aydınlaşacaq.

Hazırda ən gərgin mübarizə Afrikada cövlan edir, Fransa isə rəqiblərini aradan çıxarmaq üçün amansız kolonial siyasətin irsini indi cəlbedici adlar altında gizlətməyə çalışır.

Lakin ox yaydan çıxıb və geri sayımlar dövrü başlayıb, belə olan təqdirdə Fransa digər nüfuz dairələrinə soxularaq vəziyyəti gərginləşdirir. Bu, Fransanın başqasından tələb etdiyini özünə tətbiq etməməsi həqiqətlərini də ortaya çıxarır.

Məsələn, tez-tez Azərbaycanın Qarabağ bölgəsinə status və ya müstəqillik tələb edən hayqırtılar Fransanın siyasi üfüqlərində zühur edir. Fransa bu qədər həmin prinsipə sadiqdirsə, onda Korsika adasına niyə status vermir və ya ona müstəqillik tanımır?

Bilinən budur ki, gec-tez siyasi həmlələr kəskin bumeranq effekti ilə geri qayıdaraq Fransanın üzünə çırpılır.

Azərbaycan Fransanın dövlət siyasətindəki narrativləri tənqid etmək haqqına sahibdir.

Fransanın idealları başqalarını məğmun etmək, bu məğmunluğun yaratdığı nəticələrə yağlı tikə kimi baxıb onu sovurub tükətməkdən ibarətdir.

Fransanın xarici siyasət kursunun tərifini xoş sözlərlə təyin etmək olduqca çətindir, çünki dövlətin keçmişdəki izlərin arxasınca düşərək müstəmləkəçilikdən əl çəkməməsi onu praqmatik ideyalara söykəyə bilməz.

Ancaq Fransanın etdiklərinin nəticələri gec-tez öz başı üzərində qalxan dəyənək kimi inkişaf edir.

Başqalarına öyüd-nəsihət verən, ancaq öz daxilində eyni presedent üçün əsas yaradan subyektlərə aqressiv münasibət Fransa siyasətinin önünə bir epitet yapışdırır – riyakar.

Çünki Fransa Aralıq dənizindəki Korsikaya nəzarəti hüquqi cəhətdən idarəetmə çərçivələrindən çıxarıb, ada sakinlərinin etiraz səsini, tələblərini boğur, hətta ən amansız üsullara belə, əl atır.

Başa düşdük, Korsika Fransa ərazisidir, düzü, heç istəmərik ki, bu adadakı hərəkat separatizm formasında şahə qalxsın və digər regionlara nümunə olsun.

Deməli, Azərbaycan hüquqi və təhlükəsizlik dəyərlərinə sadiqdir, yaxşı, bəs Fransa niyə eyni qaydada Qarabağa yanaşmır?

Belə bir ədalətli mövqeni Fransadan gözləməyə də dəyməz, sual ritorikdir. Görünən budur ki, Fransa xarici oriyentasiyasını müstəmləkəçilik prinsipi üzərində qurmağa davam etdikcə, bunun daxildəki səsi pis çıxacaq.

Fransa nəzarəti itirərək Korsikada yüksək mərkəzləşmiş idarəetmə ənənəsini qoruyub-saxlamaqda çətinlik çəkəcək.

Çünki Korsikada Fransa dövlətinin davamlı zorakılıqları, təzyiqlər həmin adada mərkəzi hökumətə qarşı impulsları sakitləşdirə bilməyib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir