Siyasət

Naxçıvanda Vəkillər Kollegiyasının elmi-praktik konfransı keçirilir – FOTO

Sharing is caring!

Azərbaycan Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni və vəkil marşı səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Konfransda Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvanın Ombudsmanı Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov və Naxçıvan vəkilləri və digər şəxslər iştirak edirlər.

Geniş tərkibdə keçirilən konfransda Naxçıvanda vəkillik fəaliyyəti və bu sahənin daha da inkişafı istiqamətində ətraflı müzakirələr aparılır.

Sonra konfrans sual-cavab formatında öz işini davam etdirəcək.

Qeyd edək ki, bu gün Naxçıvan Vəkillər Kollegiyasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir