Siyasət

Baku TV və Qərbi Azərbaycan İcması yeni sosial çarxlardan ibarət layihəyə start verib – VİDEO

Sharing is caring!

Baku TV və Qərbi Azərbaycan İcması yeni sosial çarxlardan ibarət layihəyə başlayıb.

“Qərbi Azərbaycan Xronikası” verilişinin dəstəyi ilə hazırlanan və sosial mediada yayımlanması nəzərdə tutulan ilk çarx Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən 1988-ci ildə azərbaycanlıların deportasiya edilməsindən sonra boş qalan, dağıdılmış və talan edilmiş kəndlər barədədir.

Azərbaycan və ingilis dilində hazırlanmış ilk videoçarxda sözügedən kəndlərin görüntüsü və Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar yer alır. Sözçü kəndləri Hirosima, Naqasaki, Çernobil və Suriya ilə müqayisə edərək dağıntıların görüntülərinin işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış yaşayış məskənləri ilə oxşar olduğunu bildirib.

Videonun sonunda “Qayıdış Qərbi azərbaycanlıların haqqıdır!” deyə vurğulanır.

Daha ətraflı videoda:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir