Siyasət

Ceyhun Bayramov Yəmənin XİN başçısı ilə görüşüb – FOTO

Sharing is caring!

3 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, humanitar, təhsil və digər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazirlər həmçinin beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü barədə ətraflı məlumat verib. Ölkəmizə qarşı Ermənistanın davam edən mina təhdidi diqqətə çatdırılıb. 

Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, o cümlədən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib. O, Yəmənin Azərbaycanla əməkdaşlığın möhkəmlənməsi və həmrəylik ruhunun dərinləşməsində maraqlı olduğunu ifadə edib. 

Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir