Siyasət

Pakistanlı nazir: “Azərbaycanı Qarabağ müharibəsində qələbə münasibəti ilə təbrik etmək şərəfinə nail oldum”

Sharing is caring!

“Azərbaycan ilə xüsusi əməkdaşlıq səviyyəsinə malik Pakistan indiyədək Ermənistan ilə heç bir münasibət qurmayıb”.

Bunu “Report”a Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq deyib.

“Ermənistan Azərbaycana hücum edəndə mən şəxsən Pakistan parlamentində bu məsələni qaldırdım və orada hücumu pisləyən qətnaməni oxudum. Xoşbəxtlikdən, Azərbaycanı Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etmək imkanına və şərəfinə nail oldum”, – Sərdar Ayaz Sadiq bildirib.

“Ürəyimiz Azərbaycan ilə bir döyünür”, – o əlavə edib.

Nazir Azərbaycan və Pakistan xalqlarının qardaş xalqlar olduğunu, dövlətlər arasında əlaqələrin isə yalnız inkişaf edəcəyini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir