Siyasət

İsrailin informasiya portalında Xocalı soyqırımı haqqında material dərc olunub

Sharing is caring!

İsrailin STMEGI informasiya portalında Xocalı soyqırımı haqqında material dərc olunub.

“Trend” xəbər verir ki, material faciənin 31-ci ildönümünə həsr olunub.

“Hər il dünya ölkələri Birinci Qarabağ müharibəsi dövründə 1992-ci il fevralın 26-na keçən gecə baş vermiş Xocalı faciəsini yada salırlar. Həmin gecə erməni silahlı qüvvələri Xocalı şəhərinə basqın edərək yüzlərlə dinc sakinə amansız divan tutdular. Beynəlxalq hüquq təşkilatları, o cümlədən “Human Rights Watch” öz nəşrlərində Xocalı qətliamının ətraflı təsvirini veriblər. Bu il Xocalı faciəsinin 31-ci ildönümüdür. Azərbaycan və dünyanın bir çox digər ölkələri bunu çox aydın şəkildə xatırlayır və həlak olanların xatirəsini ehtiramla yad edirlər”, – materialda deyilir.

Qeyd olunduğu kimi, Xocalıdakı hadisələr ABŞ-nin 24 ştatında və bir çox ölkədə, o cümlədən Pakistanda və İsraildə qətliam olaraq tanınıb. Türkiyədə və Almaniyada faciənin xatirəsinə abidələr qoyulub.

“Bütün bunlara baxmayaraq, bu faciədə təqsirkar olanlar indiyədək məsuliyyətə cəlb olunmayıblar. Azərbaycan Qarabağı erməni işğalından azad etdi və orada yaşayan ermənilərlə sülh şəraitində yaşamağa hazırdır. Lakin ermənilərlə sülh əldə olunsa belə, Azərbaycan heç vaxt xalqının taleyinə düşən bu itkilər və acılarla barışa bilməz”, – məqalədə deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir