Siyasət

Albaniya KİV-in Azərbaycan gəmisinin saxlanılması barədə məlumatı feykdir

Sharing is caring!

“Albaniya mətbuatının Azərbaycanın gəmisinin həmin ölkənin Durres limanında saxlanılması və guya qaçaqmalçılıqla məşğul olmasına dair xəbərlər həqiqəti əks etdirmir”.

Bu barədə “Report” neft sahəsindəki mənbələrə istinadən xəbər verir.

Saxlanılan gəminin Azərbaycana məxsus olmadığı, eyni zamanda Azərbaycanın heç bir neft qaçaqmalçılığı etmədiyi bildirilib.

“Bu xəbərlər həqiqətə uyğun deyil”, – mənbə vurğulayıb.

Qeyd edək ki, ötən gün Albaniyanın Durres limanında Liberiya bayrağı altında gəmi saxlanılıb. Həmin gəminin Yunanıstanda qaçaq yolla neft məhsulları ilə doldurulduğu, həmin məhsulların mənbəyinin Rusiya daxil olmaqla sanksiya tətbiq olunan ölkələr olduğu ortaya çıxıb. Albaniya KİV-i həmin gəminin guya Azərbaycana məxsus olmasına dair iddia irəli sürmüşdü.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir