Siyasət

General: “Azərbaycanın xilasediciləri Hatayda 26 nəfərin meyitini dağıntılar altından çıxarıblar” – FOTO

Sharing is caring!

“Azərbaycanın xilasediciləri Türkiyənin Hatay şəhərində 26 nəfərin meyitini dağıntılar altından çıxarıblar”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları indiyədək Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 canlı, 752 nəfərin meyitini çıxarıblar.

Bu gün isə mənə məruzə edildi ki, Hatay bölgəsində xilasedicilərimiz 26 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, – nazir müavini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir