Siyasət

İlham Əliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək”

Sharing is caring!

“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpa olunan enerjinin xüsusi rolu var və ölkəmiz son dövrlər bu sahədə bir sıra vacib addımlar atıb”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Bərpa olunan enerji sahəsində Azərbaycanda bir sıra layihələrin həyata keçirildiyini, həmçinin 25 giqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu, ölkəmizdə istehsal olunan yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan yaradacaq, orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir