“Türkiyədə baş verən zəlzələ çox ağır təbii fəlakətdir. Təəssüf ki, zəlzələdə 20 mindən çox adam həlak olub. Türkiyə dövlətinə və Azərbaycan xalqına başsağlığı verirəm”.
Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu imtahandan qüdrətli türk dövləti alnıaçıq, üzüağ çıxacaq:
“Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq. Hazırda mümkün olan insan canı qurtarmaqdır. Nə xoşbəxt ki, bizim xilasedicilərimiz 50-yə yaxın şəxsi xilas ediblər. Bakı və Naxçıvanda yerləşən xəstəxanalarda xüsusi çarpayılar ayrılıb. Nə qədər ehtiyac varsa, biz xəstə qəbul etməyə hazırıq”.
İlhamə Əbülfət
Xeberal.az