Azərbaycanda ilk dəfə “I LOQOPEDİYA KONFRANSI” keçiriləcək. “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Binəqədi rayon İcra Hakimiyyəti, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi və “Ləzzət” kulinariya evinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Loqopedik və Defektoloji sahə üzrə beynəlxalq konfrans keçiriləcək. Konfransın məqsədi Azərbaycanda Loqopediya və Defektologiya sahəsi üzrə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bu sahəyə marağı olan şəxslərin nəzəri və praktiki biliklərinin genişləndirilməsi və nitq qüsurları olan insanların müalicəsinə diqqəti artırmaqdan ibarətdir. Konfransda floortime (Uşağın duyu, dil, motor bacarıqlarını dəyərləndirən və uşağın inkişaf səviyyəsini artırmaqda kömək edən yerdə oyun və ya oyunla terapiya adlı vasitədir ), nitq qüsurları, uşaqların erkən inkişaf dövründə yaranan problemləri, onların diaqnostikası və korreksiyası (doğuşdan 3 yaşa qədər), uşaqlarda nitq qüsuru kimi görünən psixoloji narahatlıqlar, dislaliya və onun korreksiyası kimi mövzular üzrə panellər təşkil ediləcək. Qeyd edək ki, konfrans 3 gün davam edəcək. Konfransın açılış mərasimi 29 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində akt zalında təşkil ediləcək. Qeydiyyat üçün +994559764846 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar Xəbərlər
2000-ci illərin ən yaxşı futbolçuları açıqlanıb
“FourFourTwo” nəşri 2000-ci illərin 50 ən yaxşı futbolçusunun reytinqini dərc edib. “Report”un məlumatına görə, birinci sırada Braziliya millisinin sabiq oyunçusu Ronaldinyo qərarlaşıb. Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Zinəddin Zidan ikinci, digər braziliyalı Kaka üçüncü sırada yer alıb. 2000-ci illərin 10 ən yaxşı futbolçusu: 1. Ronaldinyo (Braziliya); 2. Zinəddin Zidan (Fransa); 3. Kaka (Braziliya); 4. Tyerri Anri […]
Qərbi Azərbaycan Xronikası: Adı ləğv edilərək ərazisində mərzlik yaradılan rayon – VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə xalqımızın tarixini əks etdirən, adı erməniləşdirilən Sərdarabad rayonu haqqında süjet hazırlanıb. “Sərdarabad niyə Hoktamberyan adlandırılıb?” adlı süjetdə erməni ideologiyasının saxtakarlıq üzərində qurulmasından, onların zaman-zaman etnik təmizləmə siyasəti aparmaqla tarixi yer-yurd adlarını dəyişdirməsindən bəhs olunub. Bildirilib ki, İrəvan xanlığının Sərdarabad mahalında yerləşən eyniadlı rayon ərazisi cənubdan Sürməli, […]
“Şamaxı”nın baş məşqçisi: “Bütün oyunlar finala bərabər olacaq”
“Bundan sonrakı bütün matçlar bizim üçün finala bərabər olacaq”. “Report” xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis gərgin görüş alındığını bildirib: “Hər iki komanda 4-5 turdur qələbəyə həsrətdir. Rəqibə görə hazırlaşmışdıq. Çünki “Turan Tovuz”un evdə […]