Siyasət

Sovet ordusu 26 yanvarda Lənkəranda qətliam törədib – VİDEO

Sharing is caring!

20 Yanvar faciəsindən sonra sovet ordusu bölgələrdə də təxribatlar törədib. Yanvarın 26-da Lənkəranda dinc sakinlər qanına qəltan edilib. 

Əli qana bulaşmış sovet ordusuna qarşı lənkəranlılar da etiraz səsini ucaldıblar. Onlarla vətənpərvər gənc kütləvi qırğının qarşısını almaq üçün hərbçilərin diqqətini yayındırmaq məqsədi ilə Haftoni meşələrinə çəkiliblər.

Rayon sakini Qismət Əmirovun sözlərinə görə, əslində, özünümüdafiə batalyonunun hər bir üzvü qeyri-bərabər döyüşdə şəhid olacağını bilib. Amma milli vətənpərvərlik ruhu o qədər yüksək olub ki, onlar bu döyüşə bilə-bilə qoşulublar.

Ümumilikdə 11 lənkəranlı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində, 6-sı isə Lənkəranda şəhid olub. Azadlıq hərəkatının 46 üzvü isə Rusiyaya həbsxanaya göndərilib. 

Hadisə şahidlərindən biri olan Aliyə Ağayeva da minlərlə rayon sakininin toplaşdığı meydanda öz yazdığı şeirlərlə insanlarda ruh yüksəkliyi yaradıb.

“Mən şeir deyəndə arxada vertolyot desant tökürdü. Heç kəs tərpənmirdi, hamı yerində durmuşdu”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir