Siyasət

SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir – FOTO

Sharing is caring!

Azərbaycan Ukrayna xalqının humanitar ehtiyaclarını qarşılamağa davam edir.

Belə ki, hazırda Dneprdə Şinnaya küçəsi 14 ünvanında yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində ehtiyacı olan hər kəs, xüsusilə də raket atəşinə tuş gələn binanın dağıntıları arasında xilasetmə əmliyyatı aparan xidmətlərin əməkdaşları qida ilə təmin edilir.

Bu barədə Dnepr şəhər administrasiyasının rəhbəri Boris Filatov məlumat yayıb.

O, özünün “Facebook” səhifəsində polis əməkdaşlarının, xilasedicilərin, həkimlərin və ehtiyacı olan hər kəsin dağılmış evin yaxınlığındakı SOCAR yanacaqdoldurma məntəqəsində dincələ və pulsuz yemək ala biləcəklərini yazıb.

Qeyd edək ki, yanvarın 14-də Dnepr şəhərindəki yaşayış binasına raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, 71 nəfər yaralanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir